“Qarabağ”ın hücumçusu Musa Qurbanlı İtaliya klubunun maraq dairəsinə düşüb.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, millimizin forvardı karyerasını “Torino”da davam etdirə bilər. Klubun yaxın vaxtlarda Ağdam təmsilçisinə təklif göndərməyə hazırlaşdığı bildirilir.
Xəbərdə A Seriya təmsilçisi ilə yanaşı, Türkiyənin bir neçə klubunun da Qurbanlını istədiyi vurğulanıb.
21 yaşlı hücumçunun “Qarabağ”la 2026-cı ilə qədər müqaviləsi var.

