“Barselona”nın yarımmüdafiəçisi Serxio Roberto uzun müddət yaşıl meydanlardan uzaq qala bilər.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı futbolçunun əzələsində yırtıq aşkarlanıb. Onun təxminən bir aya yaxın sıradan çıxdığı bildirilir.
İspaniyalı futbolçu cari mövsüm komandası ilə 30 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

