Romelu Lukaku “İnter”də qalmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, müqavilə ilə “Çelsi”yə məxsus olan futbolçu yayda İtaliyadan ayrılacaq. “İnter” onunla sözləşmə yeniləməyəcək.
Milan klubunun rəhbərliyi belçikalı forvard üçün 20 milyon avro ödəməyi düşünmür. Artıq klubun onu yerinə hücumçu axtarışında olduğu bildirilib.
İtalyanlar “Liverpul”un hücumçusu Roberto Firmino və “Borussiya”nın (Münhenqladbax) hücumçusu Markus Tyuramla maraqlanır. Hər iki futbolçu mövsümün sonunda azad agent olacaq.

