Bu gün futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinal oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda “Səbail”i qəbul edib. Ev sahibi komanda oyunda 2:0 hesabı ilə geriyə düşsə də, görüşdən qalib ayrılmağı bacarıb – 3:2.
Azərbaycan Kuboku
1/2 final, ilk oyun
18:00. “Qəbələ” – “Səbail” 3:2
Qollar: İlkin Muradov, 8 (0:1), Emil Martinov, 21 (0:2), Rafael Utziq, 34 (1:2), 66 (2:2), Felipe Santos, 74 (3:2)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, digər yarımfinal matçı aprelin 19-da olacaq. Həmin gün “Turan “Tovuz” “Neftçi”ni qəbul edəcək. Cavab görüşləri 26-27 apreldə keçiriləcək.

