La Liqa və Sequnda oyunlarını idarə edənlər hakimlər çempionatları boykot edə bilərlər.
İdmanxeber.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ədalət təmsilçiləri iclasda qarşıdakı oyunlara çıxmamağı müzakirə dəcəklər.
Onlar son dönəmlərdə özlərinə qarşı çox sərt tənqidlərin olduğunu və buna etiraz etdiklərini bildiriblər.
İclasın səbəblərindən biri bu yaxınlarda aşağı liqalarda təyinat alan hakim Antonio Pozonun hücuma məruz qalması olub.
Referilər buna etiraz edərək La Liqa daxil ölkədə bütün futbol çempionatlarını boykot edə bilərlər.

