“Fənərbağça”nın sabiq prezidenti Aziz Yıldırımın kluba geri dönüb-dönməyəcəyi məlum olub.
İdmamxeber.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin sabiq rəsmisi Şekip Mosturoğlu açıqlama verib.
O bildirib ki, Yıldırımın səhhətində heç bir problem olmasa da, yenidən kluba prezident olmağı düşünmür.
Türkiyə mətbuatı mövsüm sonunda “Fənərbağça”nın növbədənkənar seçkilərə gedəcəyini iddia edir.

