Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha iki iştirakçısı müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, 1/4 finalın növbəti cavab görüşləri Almaniya və İtaliyada təşkil olunub.
“Bavariya” ilk görüşdə 0:3 hesabı ilə uduzduğu İngiltərənin “Mançester Siti” komandası ilə səfərdə heç-heçə (1:1) edərək turnirlə vidalaşıb.
“İnter” isə səfərdə 2:0 hesabı ilə yendiyi Portuqaliya “Benfika”sı ilə doğma meydanda heç-heçə oynayıb – 3:3
Bu nəticələrin ardından ÇL-nin yarımfinal mərhələsində “İnter” “Milan”a, “Real” isə “Mançester Siti”yə rəqib olub.
UEFA Çempionlar Liqası
1/2 final, cavab görüşləri
23:00. “Bavariya” (Almaniya) – 1:1 “Mançester Siti” (İngiltərə)
Qollar: Coşua Kimmix, 83 – Erlinq Haaland, 57
İlk oyun – 0:3
Baş hakim: Kleman Türpen (Fransa)
Münhen, “Alyans Arena”
İlk oyun – 0:3
23:00. “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) – 3:3
Qollar: Nikolo Barella, 14, Lautaro Martines, 66, Xoakin Korrea, 78 – Fredrik Orsnes, 38, Antonio Silva, 86, Petar Musa, 90+5
Baş hakim: Karlos del Serro (İspaniya)
Milan, “Cüzeppe Meatsa” stadionu
İlk oyun – 2:0.

