Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, “Bavariya”nın baş məşqçisi Tomas Tuxel “Mançester Siti” ilə cavab oyunu haqda danışıb. Almaniyalı mütəxəssis hələ də şanslarının davam etdiklərini bildirib:
“Bizə möcüzə lazımdır. Bilmirəm, 4-0 və ya 5-1 qalib gələcəyimizdən danışmaq nə dərəcə uyğundur. Amma biz özümüzə inanırıq. Bu cavab oyunudur.
İnanmaq lazımdır və bu o deməkdir ki, hər şey öz əlimizdədir. Komanda ruhu, enerji ilə nəticə əldə etməliyik. Biz tək deyilik, azarkeşlərimizlə də bizimlə bərabər döyüşməyə hazırdır”.
“Bavariya” ilk oyunda İngiltərədə 3:0 hesabı ilə məğlub olub.

