17 İyul 2026
Ölkə futbolu

“Qarşımızdakı rəqibini kimliyini unutmayaq” – Ayxan Abbasov

“Turan Tovuz”  Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi”ni məğlub edib (1:0).

İdmanxeber.az-ın məlumatına görə, Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyun sonrası qarşılaşma barədə fikirlərini bilirib:

“Evdə üstünlük qazanmaq istəyirdik. Uduzsaydıq, Bakıda bizə daha çətin olardı. Cavab görüşünə hazırlaşmaq lazımdır. Qarşımızdakı rəqibin kimliyini unutmayaq. Onlar da finala çıxmaq, titul qazanmaq istəyirlər. Sonadək mübarizə aparacağıq. “Neftçi” favoritdir, amma biz də təslim olmayacağıq”.

Onun sözlərinə görə, yarımfinal həyəcanı yaşamaq komanda üçün əlavə motivasiyadır: “Son oyunlarımızın alınmaması psixoloji gərginlik yaratmışdı. Elitada qalmaq istəyirik. Futbolçuların istəyi məni təəccübləndirmir”.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı aprelin 26-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43