17 İyul 2026
Dünya futbolu

“Qalatasaray”a uduzdu, işindən oldu

Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor” baş məşqçi ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, çempionatın 30-cu turunda evdə “Qalatasaray” 1:4 uduzan komandanın çalışdırıcısı Ersun Yanal istefaya göndərilib.

Fevral ayında komandanın başına keçən təcrübəli mütəxəssis “Alanyaspor”la 6 oyunda 1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43