Bir müddət öncə Gəncə şəhər stadionunun söküləcəyi barədə xəbər vermişdik.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, hazırda bu yöndə çalışmalar davam edir. Söküntü işlərini üzərinə götürən inşaat şirkəti artıq məsələ ilə bağlı bir sıra görüşlər keçirib.
Şirkət rəhbərliyi AFFA-dan sonra Gənclər və İdman Nazirliyində də olub. Nazir Fərid Qayıbovla görüş zamanı stadionunun sökülməsi və orada görüləcək işlər barəsində müzakirələr aparılıb.
Qayıbov şirkət rəhbərliyinə öz tövsiyyələrini və göstərişlərini verib. İşlərin ən qısa vaxtda başlanacağına ümid etdiyini bildirib.
Stadionda söküntü işlərinin nə zaman başlayacağı barədə dəqiq məlumat olmasa da, ən qısa vaxtda çalışmaların start götürəcəyi gözlənilir.