05 Oktyabr 2024
Dünya futbolu

“PSJ-dən ayrıldığım üçün peşman deyiləm”

“Vulverhempton”un vingeri Pablo Sarabia İngiltərə çempionatında oynamaqdan məmnun olduğunu bildirib.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı futbolçu PSJ-dən ayrıldığı üçün peşman olmadığını da qeyd edib. O, yanvarda Paris klubundan Premyer Liqa təmsilçisinə keçməsini belə şərh edib:

“İngiltərəyə köçməyimdən çox məmnunam. Hər şey mənə uyğundu – klub, məşqçi, komanda yoldaşlarım. Az oynadığım üçün üçün PSJ-dən ayrılmağın vaxtı idi. Karyeranızın ən yaxşı illərini ehtiyat oyunçular skamyasında keçirmək ayıbdır”.

Sarabia bu mövsüm Premyer Liqada 12 oyuna çıxıb, 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43