26 İyul 2026
Ölkə futbolu

“Neftçi” – “Qarabağ” oyununa nə qədər bilet satılıb?

Misli Premyer Liqasının 32-ci turunda “Neftçi” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

Hazırda iki klub arasında çempionluq mübarizəsi getməsə də, derbidə tribunalar boş qalmayacaq. “Neftçi”nin ölkə kubokunda finala çıxması azarkeşlərin komadaya olan güvənini təzələyib.

Fanatlar mövsümün sonuncu derbisində “Neftçi”ni qələbəyə səsləmək üçün “Bakcell Arena”da yerlərini alacaqlar. İdmanxeber.az-a verilən məlumata görə, hazırda qarşılaşmaya 2 mindən artıq bilet satılıb.

Ancaq oyun saatına qədər bu rəqəm artacaq. Axşam “Bakcell Arena”dakı matçda 5 mindən çox tərəfdarın olması gözlənilir.

“Neftçi” – “Qarabağ” görüşü saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43