26 İyul 2026
Dünya futbolu

Poçettinonun “Çelsi”dən ilk tələbi

“Çelsi”nin yeni baş məşqçisi olacağı gözlənilən Maurisio Poçettini rəhbərlikdən ilk tələbini edib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “Bavariya”nın hücumçusu Sadio Manenin transfer olunmasını istəyib. Daha əvvəl seneqallı oyunçunun Almaniyadan ayrılmaq istədiyi bildirilirdi.

Poçettinonun London klubuna təyinatının bu həftə açıqlanması gözlənilir. 

Mane cari mövsüm komandası ilə 12 oyunda çıxış edib və 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43