Misli Premyer Liqasının 32-ci turunda “Qarabağ” “Neftçi”nin qonağı olacaq.
İdmanxeber.az-a verilən məlumata görə, derbiyə Ağdam təmsilçisi itkilərlə çıxacaq. Belə ki, komandanın əsas qol silahlarından olan Musa Qurbanlı oyunda forma geyinə bilməyəcək.
Buna səbəb hücumçunun cəzalı olmasıdır. Zədəli Redon Cica və Abbas Hüseynov da vacib matçda komandaya kömək edə bilməyəcəklər.
“Neftçi” – “Qarabağ” görüşü bu gün saat 20:00-da start götürəcək.

