26 İyul 2026
Dünya futbolu

Messi Səudiyyə Ərəbistanına icazəsiz gedib

PSJ-nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanına yollanıb.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu bunun üçün məşqçilər heyəti və ya rəhbərlikdən icazə almayıb. Komandanın “Lion” oyunundakı məğlubiyyətin ardından istirahəti ləğv edilmişdi.

Ancaq buna baxmayaraq, Messi məşqə qatılmayıb. Bu, digər oyunçular tərəfindən təəccülə qarşılanıb. Klubun futbolçu üçün hansı tədbir görəcəyi bəlli deyil.

Xatırladaq ki, oyunçunun PSJ ilə müqaviləsi yayda son çatır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43