29 Sentyabr 2024
Dünya futbolu

PSJ-dən Messi qərarı – Təklif yoxdur

PSJ argentinalı hücumçu Lionel Messi ilə müqaviləni yeniləməyəcək.

İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, buna səbəb oyunçunun klubdan icazəsiz  Səudiyyə Ərəbistanına səfər etməsidir. Buna görə, Messini iki həftə heyətdən kənarlaşdıran rəhbərlik onun müqavilə yenilməmə qərarı alıb.

35 yaşlı argentinalının parislilərlə müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Bu mövsüm hücumçu komandanın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43