29 Sentyabr 2024
Dünya futbolu

A Seriyasının ən yaxşı baş məşqçisi

İtaliya A Seriyasında aprel ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Montsa”nın çalışdırıcısı Raffaele Palladino hamını qabaqlayıb. Keçən ay onun komandası beş oyun keçirib. 

“Montsa” bu oyunlarda 1 məğlubiyyət, 1 heç-heçə və 3 qələbə qazanıb. Komanda hazırda A Seriyasında 10-cu yerdədir.

Pallardionun yetirmələri mayın 3-də “Roma”yla görüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43