Misli Premyer Liqasının 32-ci turunda “Qarabağ” səfərdə “Neftçi”ni 4:2 hesabı ilə məğlub edib.
Oyun başlayandan sona qədər Ağdam təmsilçisinin nəzarətində davam edib. Maçtın əvvəlində hesabda 2:0 önə keçən “Köhlən atlar” sona qədər üstünlüyü əldən buraxmayıblar.
Ağdam təmsilçisi yalnız hesabda yox, bütün cəhətlərdə rəqibini üstələməyi bacarıb. Ev sahibi komanda “Qarabağ”la baş-başa mübarizə aparmağa çalışsa da, azlıqda qaldıqdan sonra vəziyyət daha da çətinləşib.
Qonaqlar topa sahib olmada (55/45), qapıya dəqiq zərbə vurmaqda (7/5), künc zərbələrində (8/2) və təhlükəli hücum qurmaqda “Neftçi”dən üstün bir oyun göstəriblər.
Matçda yalnız qapıçılar eyni sayda qurtarış edə bilib. İvan Brkiç oyunda 4 dəfə məyus olsa da, Şahruddin Məhəmmədəliyevlə bərabər sayda – 3 dəfə komandasını qoldan xilas edib.
İdmanxeber.az