23 Dekabr 2024
Ölkə futbolu

“Kəpəz” iki legioner futbolçusunu göndərir

“Kəpəz” klubu yeni mövsümün planlamasına başlayır.

Cari mövsüm Premyer Liqada qalmağı hədəfləyən Gəncə təmsilçisi böyük ehtimal bunun öhdəsindən gəlməyi bacarıb. Çempionatın bitiminə 3 tur qalmış “sarı-göylər” sonuncu sıradakı “Şamaxı”dan 6 xal öndədir.

Növbəti mövsümdən daha iddialı komanda qurmağa çalışan rəhbərlik artıq bu yöndə ilk addımları atmağa başlayıb. Belə ki, bu mövsüm heyətə cəlb edilib ümidləri doğrultmayan oyunçuların bir neçəsi ilə yollar ayrılacaq. Artıq rəhbərlik qışda edilmiş uğursuz transferlərlə bağlı konkret qərar qəbul edib. 

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik fransalı hücumçu Salif Sisse ilə vidalaşmağa hazırlaşır. 31 yaşlı forvard yanvarda böyük ümidlərlə komandaya qoşulsa da, cəmi bir qol vurub. Bu səbəbdən Sisse mövsüm sonu göndəriləcək.

Daha bir qışda edilmiş uğursuz transfer – Mario Mustapiçdir. 24 yaşlı qapıçı mövsümboyu Orxan Sadıqlının “kölgə”sində qaldı.

Həm fransalı forvard, həm də xorvat qapıçı transferindəki uğursuzluq rəhbərliyin radikal qərarlar qəbul etməyi ilə nəticələnib. Klub 6 aydı normal məvacib verdiyi, lakin istəniləni verə bilməyən futbolçulara qapını göstərəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43