Dünya futbolu

PSJ Messinin yerinə onu gətirir

PSJ Lionel Messiyə əvəzləyici tapıb.

İdmanxeber.az-ın məlumatına görə, Paris klubu “Kristal Pelas”ın yarımmüdafiəçisi Maykl Oliseyi transfer etməkdə maraqlıdır. 21 yaşlı futbolçu bu mövsüm göstərdiyi performansla diqqtələri üzərinə çəkməyi bacarıb.

2022/23 mövsümündə Olise bütün yarışlarda komandasının heyətində 37 matçda 2 qol vurub və 9 məhsuldar ötürmə edib.

Onun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43