Dünya futbolu

“Rəqibin necə oynayacağını bilirdik” – Luka Modriç

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Real” evdə “Mançester Siti”ni qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, Madriddə keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Görüşün ardından “kral klubu”nun üzvü Luka Modriç qarşılaşma barədə fikirlərini bildirib:

“Real” görüşü yaxşı başa vurdu. Qarşıdurmamızda hələ heç nə bəlli deyil. İlk oyunda yaxşı çıxış etdik. Rəqibin necə oynayacağını bilirdik və onlara çoxlu imkanlar yaratmağa imkan vermirdik.

Çox təəssüf ki, qələbəni əldən verdik. Cavab oyununda 100 faizimizi verəcəyik”

Cavab oyunu mayın 17-də Mançesterdə keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43