14 İyul 2026
Dünya futbolu

“Cavab oyununda hər şeyi dəyişə bilərik” – Stefano Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli “İnter” məğlubiyyətinin ardından (0:2) fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, komandasının ikinci hissədə yaxşı çıxış etdiyini bildirib:

“İnter” ilk hissədə daha yaxşı oynayıb iki qol vurdu. “Milan” fasilədən sonra yaxşı oynasa da, qol vura bilmədi. Məsələ bundan ibarətdir. Bu səviyyədə oyunlar üçün çoxlu səhvlərə yol verdik.

Rəqib ilk künc zərbəsində hesabı açmağı bacardı. Cavab görüşündə hər şeyi dəyişə bilərik. Biz ikinci hissədəki performansımızı daha da artırmalıyıq”.

Xatırladaq ki, tərəflər arasındakı cavab matçı mayın 16-da baş tutacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43