“Yuventus”un oyunçusu Anxel Di Mariya karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az “Tuttosport”a istinadən xəbər verir ki, “Barselona” ulduz futbolçunu heyətinə qatmaq niyyətindədir. Argentinalının İtaliya klubundan ayrılmaq istədiyi bildirilir.
Bu səbəbdən də Kataloniya təmsilçisi 35 yaşlı futbolçuyla təmasa keçib.
Di Mariya bu mövsüm “Yuventus”un heyətində 35 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

