PSJ-nin hücumçusu Neymar klubdan ayrılmaq istəyir.
İdmanxeber.az-ın “Le Parisien”ə istinadən məlumatına görə, 31 yaşlı braziliyalı komandanın azarkeşlərinin evinin yaxınlığında etiraz aksiyası keçirməsindən narazıdır. Azarkeşlərin “Neymar, get!” şüarı səsləndirməsi oyunçunu əsəbləşdirib.
Bu səbəbdən də ulduz futbolçu yayda klubdan ayrılmaq niyyətindədir. O, özünə gələcək təkliflərə açıq olduğunu bildirib.
Neymar 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. 2022/23 mövsümündə hücumçu komandanın heyətində bütün yarışlarda 29 matçda 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

