Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, yarımfinalın ilk oyununda İspaniyada “Real”la 1:1 hesablı heç-heçə edən “Mançester Siti” bu dəfə rəqibini İngiltərədə qəbul edib.
“Şəhərlilər” “Etihad” stadionundakı qarşılaşmada Madrid klubunu darmdağın edib – 4:0.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
17 may
23:00. “Mançester Siti” – “Real” 4:0
Qol: B.Silva, 25, 37, Eder Militao 76 (ö.q), Alvares, 90+2
Baş hakim: Şimon Marçinyak (Polşa)
Mançester, “Etihad” stadionu
İlk oyun – 1:1.
Qeyd edək ki, bu cütün qalibi finalda İtaliya “İnter”inə rəqib olub.