Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti” “Real”ı mübarizədən kənarlaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, Madriddə keçirilən ilk görüş 1:1 hesabı ilə sona çatsa da, “şəhərlilər” cavab matçında rəqibini darmadağın edib – 4:0. Oyunun ardından komandanın baş məşqçisi Pep Qvardiola qarşılaşma barədə fikilərini bildirib:
“Real” bizə rəqib olanda sevinmişdim. Onları istəyirdik. Çünki ötən il məğlub olandan sonra ilboyu tənqid edildik. Oyunçularda bunun enerjisi var idi. Bəzən bu şeyləri komandanın lehinə çevirmək olur.
Bu gün biz uğur qazandıq. Bu səbəbdən də klubun prezidentinə, sahibinə və futbolçulara təşükker edirəm. Artıq Çempionlar Liqasının finalındayıq. Əgər təslim olmasanız, futbol və həyat sizə həmişə şans verir”
Çempionlar Liqasının finalında olmaq böyük qürurdur. Həmin matçı gözləmək belə bizə böyük həzz verir. “İnter”lə qarşılaşmağın necə gözəl olduğunu ifadə etmək mümkün deyil.

