14 İyul 2026
Dünya futbolu

“Belə məğlubiyyət adamı ağrıdır” – Ançelotti

Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti” “Real”ı mübarizədən kənarlaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, “kral klubu” doğma meydanda heç-heçə (1:1) etdiyi rəqibinə səfərdə 0:4 hesabı ilə məğlub olub. Görüşün ardından Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti məğlubiyyəti belə şərh edib:

“Rəqib daha yaxşı oynadı və qələbəyə layiq idi. Oyunun əvvəlində bizə çox təzyiq göstərdilər və bu, işə yaradı. Hücumlara başlamaq bizim üçün çətin oldu. Bundan sonra oyuna qayıtmaq asan deyildi. İkinci hissədə cəhd etdik, alınmadı.

İndi oyunu qiymətləndirməyin mənası yoxdur. Belə məğlub olmaq ağırdır, insanı ağrıdır. Düşünün ki, Çempionlar Liqasının yarımfinalına çıxırsan, güclü rəqiblə qarşılaşırsan, pis də oynamırsan və finalsız qalırsan.

Dərs çıxarmalıyıq. Növbəti ildə bunları təkrarlamamaq üçün. Qvardiolanı oyundan sonra təbrik etdim, çünki onun komandası daha yaxşı idi. Keçən il biz onu məğlub edə etmişdik, bu il də növbə onundur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43