PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Premyer Liqasında ilin oyunçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu cari mövsüm Liqa 1-də 33 oyun keçirib, 28 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mükafata Lionel Messi (PSJ), Konatan David (Lill), Seko Fofana və Lois Openda (hər ikisi “Lens”) kimi futbolçular da namizəd olublar.
Mbappe 2019, 2021 və 2022-ci illərdə mövsümün oyunçusu adına layiq görülüb. Mükafat 2020-ci ildə koronavirus pandemiyası səbəbindən təqdim olunmayıb.