“İnter” Çempionlar Liqasının finalı ilə bağlı UEFA-ya müraciət etdi.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu “Mançester Siti”yə qarşı matçda ənənəvi qara-göy formanı geyinmək istəyir.
Milan təmsilçisi sözügedən oyunun nominal qonağıdır. Buna görə də UEFA “İnter”in bu istəyini geri çevirəcəyi təqdirdə, İtaliya klubu sarı rəngli səfər forması ilə oynayacaq.
Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda keçiriləcək.