17 İyul 2026
Dünya futbolu

“Çelsi” “Yuventus”dan 20 milyon istəyir

“Çelsi”nin vingeri Kristian Pulişiç karyerasını “Yuventus”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, London klubu maliyyə feyr-play qaydalarına riayət etmək üçün bir neçə isimlə yolları ayırmaq niyyətindədir. 

Onlardan biri 24 yaşlı amerikalı olacaq. Futbolçunun xidmətində “Yuventus” klubu maraqlıdır. “Zadəganlar” Pulişiçə qarşılıq 20 milyon avro təzminat tələb edirlər.

O, cari mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43