17 İyul 2026
Dünya futbolu

Di Mariya Portuqaliya klubuna keçə bilər

“Yuventus” və Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Maria karyerasını Portuqaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Benfika” klubu oyunçunun xidmətində maraqlıdır. “Yuventus”la müqaviləsi bitən futbolçunun yeni klubu bəlli deyil.

Azad agent statusu daşıyacaq aregntinalıya artıq bir neçə klubdan təklif var. “Benfika” rəhbərliyinin yaxın vaxtda Turin klubu ilə əlaqə saxlayacağı da bildirilir.

Di Maria bu mövsüm “Yuventus”un heyətində 39 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43