16 İyul 2026
Ölkə futbolu

Afrikalı müdafiəçi “Sabah”dan getdi

Seneqallı futbolçu Abdullaye Ba “Sabah” klubundan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, 32 müdafiəçi sosial şəbəkə hesabından bu barədə məlumat verib.

O, “Mən evimdəki kimi hiss etdim. Azarkeşlər böyük dəstək verdilər. Kluba təşəkkür edirəm. Həmişə qəlbimdə olacaqsınız” – deyə, bildirib.

Qeyd edək ki, Abdullaye Ba 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43