16 İyul 2026
Dünya futbolu

Benzema “Real”da son matçına çıxır

Bazar günü “Atletik”lə qarşılaşma Kərim Benzemanın “Real”dakı sonuncu matçı ola bilər.

İdmanxeber.az-ın məlumatına görə, fransalı hücumçuya Səudiyyə Ərəbistanından təklif var. Benzemanın bu təklifə müsbət yanaşdığı bildirilir. 

Bu səbəbdən də Madrid klubunun tərəfdarları təcrübəli forvarda vida mərasimi hazırlayırlar. Futbolçu artıq təkliflə bağlı klubun prezidenti Florentino Perezi məlumatlandırıb.

Madrid kapitanı cari mövsümdə 42 matçda 30 qol vurub və 6 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43