Seneqallı futbolçu Abdullaye Ba “Sabah” klubundan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, 32 müdafiəçi sosial şəbəkə hesabından bu barədə məlumat verib.
O, “Mən evimdəki kimi hiss etdim. Azarkeşlər böyük dəstək verdilər. Kluba təşəkkür edirəm. Həmişə qəlbimdə olacaqsınız” – deyə, bildirib.
Qeyd edək ki, Abdullaye Ba 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışıb.

