“Trabzonspor” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Qara dəniz təmsilçisi “Panatinaikos”un futbolçusu Dmitrios Kourbelislə anlaşıb.
Artıq yunanıstanlı oyunçu yeni klubu ilə müqavilə bağlamaq üçün bu gün İstanbula gəlib.
Yarımmüdafiəçinin rəhbərliklə görüşüb sözləşmə şərtlərini müzakirə edəcəyi bildirilir. Transferin yaxın vaxtlarda rəsmən açıqlanması gözlənilir.

