14 İyul 2026
Dünya futbolu

PSJ baş məşqçi ilə yollarını ayırır

Kristof Qaltye gələn mövsüm PSJ-ni çalışdırmayacaq.

İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, bugünkü “Klermont”la oyunundan sonra 56 yaşlı fransızı istefaya göndərəcəklər. Qaltye ötən yay PSJ-nin başına keçərək iki illik müqavilə imzalayıb.

Fransalı mütəxəssisin işdən çıxarılmasına irqçilik ittihamları ilə bağlı qalmaqal təsir edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43