Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Jud Bellingem yayda “Real”a keçəcək.
İdmanxeber.az-ın məlumatına görə, Dortmund klubu futbolçunun transferi üçün təxminən 150 milyon avro almaq istəsə də, daha aşağı məbləğlə razılaşmaq məcburiyyətində qalacaq.
BİLD nəşrinin məlumatına görə, Bundesliqa təmsilçisi 100 milyon avro sabit ödəniş, təxminən 20 milyon avro də mümkün bonuslar alacaqlar.
Bellingem bu mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.