“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının final oyununda “Selta”ya məğlubiyyəti (1:2) barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, o, mövsümü çempion kimi tamamlayan Kataloniya klubunun buna layiq olduğunu bildirib:
“Əla mövsüm keçirdik. Möhtəşəm idi. Başa düşürük ki, bizdən tələb olunan səviyyədə rəqabət aparmaq üçün özümüzü gücləndirməliyik. Əsas məsələ budur ki, bütün titullar uğrunda mübarizə apara bilək. Bilmirəm, bəlkə də bu, kiminsə son matçı idi. Bu həftə komandanı nə qədər gücləndirə biləcəyimizi görə biləcəyik”.
Mövsümünün yekununda “Barselona” 88 xalla çempion olub. İkinci yerdə isə 78 xalla “Real” qərarlaşıb.

