12 İyul 2026
Ölkə futbolu

“Sabah”dan ayrılır, yeni komandası bəllidi – ÖZƏL

“Səbail” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “dənizçilər” “Sabah”ın qapıçısı Nicat Mehbalıyevi heyətinə cəlb etmək niyyətindədi. Artıq tərəflər arasında razılığın olduğu bildirilir. 

Komandanın qolkiperi Emil Balayev “Səbail”i tərk edəcək.Təcrübəli oyunçuya bir neçə klubdan təklif var.

Rəhbərlik isə Balayevin yerinə 23 yaşlı qapıçını düşünür. “Sabah”da əsas heyətə düşə bilməyən Mehbalıyevin də komandadan ayrılmağa müsbət yanaşdığı bildirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43