12 İyul 2026
Dünya futbolu

Braziliyalı “Mançester Yunayted”dən ayrılır?

“Mançester Yunayted”in yarımmüdafiəçisi Fred bu yay klubu tərk edə bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə braziliyalı özü açıqlama verib. O bildirib ki, gələcək karyerası barədə yekun qərarını verməyib:

“Ailəmlə danışmalıyam, müqaviləmin bitməsinə bir il qalıb. İndi tətil vaxtıdır və istirahət etmək üçün yaxşı fürsətdir. Menecerimlə, klubla danışacam və görək hansı qərar veriləcək. Erik den Haqla da görüşəcəm. Növbəti mövsümdən davamlı oynamaq istəyirəm”.

Daha əvvəl 30 yaşlı futbolçu ilə “Fulhem”in maraqlandığı bildirilirdi.

Braziliyalı yarımmüdafiəçi 2022/23 mövsümündə “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 56 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43