“Bavariya” yay transfer pəncərəsində hücumçu Sadio Maneni satmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, münhenlilər artıq futbolçunu PSJ-yə təklif edib. Seneqallı hücumçu ilə Səudiyyə Ərəbistanından “Əl-İttifaq” və “Real” klubu da maraqlanır.
31 yaşlı futbolçu ötən mövsüm 38 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Seneqallının “Bavariya” ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

