06 İyul 2026
İdman

Şuşada keçirilən beynəlxalq basketbol turnirinin ən yaxşı oyunçusu müəyyənləşib

Şuşada keçirilən 3×3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışın ən yaxşı oyunçusu (MVP) müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, finalda Niderland yığmasını 20:12 hesabı ilə məğlub edən Bakının “Neftçi” klubunun oyunçusu Derris Karter ən yaxşı seçilib.

Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43