06 İyul 2026
İdman

Avropa çempionatı: İki güləşçimiz yarımfinala yüksəldi

Azərbaycanın iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında yarımfinala yüksəlib.

İdmanxeber.az-ın məlumatına görə, 45 kq çəki dərəcəsində çıxış edən Turan Daşdəmirov və 51 kq-dakı Əli Seyidəlili bu raundadək irəliləyə bilib.

Onlar finala gedən yolda müvafiq olaraq Yurik Mxitaryan (Ermənistan) və Peter Totokla (Macarıstan) üz-üzə gələcəklər.

Bu gün, həmçinin, 4 güləşçi bürünc medal uğrunda görüşə çıxacaq. 48 kq-dakı Elnar Ziyadov Viktor Postikayla (Moldova), 55 kq-dakı Ayxan Cavadov Yuri Karapetyanla (Ermənistan), 80 kq-dakı Elmin Əliyev Giorgi Maxaradze ilə (Gürcüstan), 110 kq-dakı Mahir Qurbanlı isə Tomas Rusi ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43