“Yuventus”un müdafiəçisi Xuan Quadrado Turin klubundakı gələcəyi haqda danışıb.
İdmanxeber.az-ın məlumatına görə, kolumbiyalı futbolçu İtaliya klubu ilə müqavilə yeniləyə bilər. Bu barədə o, özü açıqlama verib:
“Ümid edirəm ki, razılaşacağıq və yüksək səviyyədə oynamağa davam edəcəm”
Quadaro 2015-ci ildən “Yuventus”da çıxış edir. 35 yaşlı kolumbiyalının klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
2022/23 mövsümündə kolumbiyalı 47 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

