Massimiliano Alleqri bu yay iş yerini dəyişmək niyyətində deyil.
İdmanxeber.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki “Yuventus”un baş məşqçisi Turin komandasında qalmaq niyyətindədi. O, hətta növbəti mövsüm üçün klubun transfer planlamasına başlayıb.
55 yaşlı italiyalı keçən həftə Səudiyyə Ərəbistanından olan klub nümayəndələri ilə görüşsə də, onların təklifini qəbul etməyib. Qarşı tərəfin mütəxəssisə hazırkı maaşının üç qatını verməsinə rəğmən, Alleqri onlara “yox” deyib.
O, 2021-ci ildən “Yuventus”u çalışdırır.

