08 İyul 2026
İdman

“Qarabağ” 250 minlə razılaşmır, Türkiyədən 2-3 transfer gözlənilir – ÖZƏL

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu yaxınlarda mətbuata verdiyi açıqlamada klubun basketbol komandasının da olacağını bildirmişdi.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik artıq bununla bağlı hərəkətə keçib. Klub basketbol çempionatına kifayət qədər yüksək büdcə ilə başlamaq niyyətindədir.

Ancaq rəhbərliyin bəzi şərtləri var. Belə ki, Azərbaycan Basketbol Federasiyanın qərarına əsasən liqada çıxış edən komandaların büdcəsi 250 min manatdan yüksək ola bilməz.

Ağdam təmsilçisi ilə bu qərarın dəyişilməsini və ya başqa bir dillə desək, federasiyadan transfer büdcəsinə qarışmamasını tələb edir. İddialı bir heyət formalaşdırmaq istəyən Ağdam klubu atrıq transfer çalışmalarını da başlayıb.

“Qarabağ” Türkiyənin I liqasında çıxış edən bəzi oyunçularla təmasa keçib. Onların bir neçəsinin gələn mövsümdən “Köhlən atlar”da çıxış edəcəyi gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43