PSJ-nin hücumçusu Kilian Mbappe xariic mətbuata müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, fransalı oyunçu Lionel Messi və Kristiano Ronadonu barədə danışıb:
“Hər şeyi qəbul etmək lazımdır. Futbol dünyasına təxminən 50 ildən bir Messi və Ronaldo kimi oyunçular gəlir. Biz müstəsna bir dövr yaşadıq. Ümid edirəm ki, azarkeşlər bundan razıdırlar. Mənə Kristianoya qarşı oynamaq, sonra isə Leo ilə birgə çıxış etmək nəsib oldu. Onlar həqiqətən xüsusidirlər. Bu iki mövsümdə onlardan, xüsusən də Messidən çox şey öyrəndim. İkisi də futbolda tarixini yazdılar”.
24 yaşlı Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə edib. Onun komandası Fransa çempionu olub.

