“Trabzonspor” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, “Sauthempton”un futbolçusu Mislav Orsiçi heyəti qatmaq niyyətindədir. 30 yaşlı futbolçunun komandası cari mövsüm Premyer Liqanı tərk edib.
İngiltərə klubu oyunçu üçün 4 milyon avro istəyir. Trabzon təmsilçisi isə 2 milyon avro təklif edib.
Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

