09 İyul 2026
Ölkə futbolu

Legioner əvəzetməsində limit ləğv olundu

“İcraiyyə Komitəsində Premyer Liqada əvəzetmə sayının dəyişdirilməsi yox, buna qədər əvəzetmənin özündə olan legioner limiti müzakirə olundu”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasına deyib. 

 

O bildirib ki, AFFA İcraiyyə Komitəsi əvəzetmədəki limitlə bağlı qərarı dəyişib: “Əvvəlki qaydaya görə, Premyer Liqada 5 əvəzetmədən 2-si legioner olmalıdı idi, üçü yerli. Lakin bugünkü müzakirələrdən sonra bu limit ləğv olundu. Yəni məşqçi istəyirsə, lap sonradan meydana 5 legioner də daxil edə bilər”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43